Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

TAG Motorsports tüninqində Audi R8 V10

Kaliforniyanın tüninq-atelyesi olan “TAG Motorsports” işsiz dayanmır və diqqətimizə növbəti tamamlanmış sportkarı – kupe “Audi R8 V10”-u təqdim edir. Alman avtomobilinə yeni təkər diskləri və təkmilləşdirilmiş texniki hissələr əlavə ediblər.

Fərdi ban işləməsi avtomobilin eksklüziv görünüşünü tamamlayıb. Burada əsas ağ rəngə çoxlu sayda qara detallar və digər aksessuarlar təzad yaradır.

Avtomobilə ilk növbədə nadir “Brushed Titanium” rəngli 20-düymlük “HRE Performance Wheels” diskləri quraşdırıblar.

Klirensi bir qədər də aşağı salmış qısa H&R yayları superkara dayanıqlılıq qatıb. Avtomobil qara rəngli yan hava çıxıntılarına, qabaq splitterə, arxa diffuzora, radiator barmaqlığına malikdir.

Sarı reflektorları ağ, əyləc supportlarını isə qırmısı “Rosso Mars” rənginə boyayıblar. 5,2-litrlik 10-silindrli atmosferli benzin mühərrikdə “AWE Tuning Switchpath” quraşdırılıb ki, bu da onun faydalı iş əmsalını artırıb, səsini isə daha güclü edib.

AUTO.AZ



teqlər:
Audi, Audi R8, TAG Motorsports 22.07.2014

Şərhlər


AD