Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Kahn Design-dan açıq-qırmızı Range Rover

Premial yolsuzluq avtomobili “Range Rover Vogue”-un satışdan sonra tənzimlənməsi üçün ən dəbli paket A. Kahn Design tüninq-atelyesi tərəfindən hazırlanmış 600-LE proqramıdır.

Bu staylinq-paketlə təchiz edilmiş avtomobillər adətən sadi tünd rəng çalarlarında təqdim edilirlər. Lakin sonuncusu açıq-qırmızı rəngdə oldu. Bu rəng böyük yolsuzluq avtomobilinin bütün xüsusiyyətlərini vurğulaya bilir və ona idmansayağı zərif dizayn verir.

Buna baxmayaraq, ikirəngli ban sxemi və 23-düymlük gümüşü “RS600” diskləri avtomobili daha cəlbedici edir. “Range Rover 600-LE”, həmçinin karbon əlavələri olan yeni qabaq bamper, idmansayağı torlu radiator barmaqlığı, beşinci qapı üzərində quraşdırılmış iki ədəd spoyler, kənarlarında “Crosshair Quad” qazburaxma sisteminin paslanmayan boruları çıxan arxa diffuzorda karbon diffuzorla təchiz edilib.

Salonda yenidən oturacaqlar, mərkəzi dirsəkaltıları və qapı kartları dəri ilə işlənib. Orijinal ağac plankaları saxlamaqla, tünerlər onu metal aksessuarlarla (alüminium pedallar və qapı kandarlarında paslanmayan əlavələr) tamamlayıblar.

AUTO.AZ



teqlər:
Land Rover, Range Rover, Kahn Design 22.07.2014

Şərhlər


AD