Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ford Mustang opsional paket aldı

“Ford” şirkəti sonuncu nəsil masl kar “Mustang” sahiblərinə seriyalı avtomobili daha idmansayağı etmək üçün opsional “Performance Pack” paketi təklif etdi. Bu paket “EcoBoost” və “GT” versiyalarına ünvanlanıb və onları daha güclü əyləclərlə, idmam asması və fərqli təkərlərlə təchiz edir. Mühərriklərdə heç bir dəyişiklik edilməyib, lakin sıçrayış dinamikasını yaxşılaşdırmaq üçün amerikan idman avtomobilinin sürət qutuları yenidən tənzimlənəcək.

Sportkarın idarəedilməsində sürücü ilk növbədə sükana görə tənzimlənmiş və möhkəm yayları olan asmadan, yeni vtulkadan, birborulu arxa amortizatorlardan fərqli stabilizatordan və s. həzz alacaq. Bundan əlavə, elektron sistemdə, ABS-də, elektron sükan gücləndiricidə də dəyişiklik edilib. Opsional olaraq təkmilləşdirilmiş mühərrik soyuducusu da sifariş etmək olar.

“Ford Mustang EcoBoost Performance Pack” yeni ötürücü, qabaqda 352 mm, arxada isə 330 mm-lik diskləri olan 4-porşnli əyləc sistemi, 19-düymlük disklər və “Pirelli” şinləri ilə təchiz edilir. “Mustang GT Performance Pack” dirəkli mühərrik hissəsi, qabaq splitter, 19-düymlük disklər, “Torsen” arxa differensialı, qabaqda 380 mm, arxada isə 330 mm-lik diskləri olan 6-porşnli “Brembo” əyləcləri ilə təchiz edilib.

Belə idman paketi ilə təchiz edilmiş avtomobil gündəlik istifadə üçün öz praktikliyini qoruyub və hərəkət keyfiyyətlərini yaxşılaşdırıb. Trek yoxlaması zamanı “Mustang GT Performance Pack” 2013-cü ilin “Mustang Boss 302” modifikasiyasından daha cəld oldu. Bununla yanaşı, amerikan avtomobil istehsalçısı hər mühərrikin dəqiq göstəricisi xarakteristikası barədə məlumat verib. Belə ki, 3,7-litrlik “Mustang V6” mühərriki 300 a.g. və 379 Nm, 2,3-litrlik 4-silindrli “Mustang EcoBoost” turbomühərriki 310 a.g. və 433 Nm, 5,0-litrlik “V8 Mustang GT” isə 435 a.g. və 541 Nm verir. Yeni “Mustang” 24425 dollara payızda satışa çıxarılacaq.

AUTO.AZ



teqlər:
Ford, Ford Mustang 21.07.2014

Şərhlər


AD