Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Tesla şirkəti yeni model buraxacaq

Üç ildən sonra “Tesla” “Üçüncü” adlanan yeni modelin buraxılışına başlayacaq. 2017-ci ildə bazara çıxarılacaq “Tesla” markalı yeni kompakt avtomobil çoxlarının fikirləşdiyi kimi “Tesla E” deyil, “Tesla Model III” adlanacaq.

Bu barədə AutoExpress Britaniya nəşriyyatına “Tesla”-nın rəhbəri Elon Mask şəxsən xəbər verib. “Tesla”-nın yeni modeli hazırki “Model S”-dən 20% kiçik və yüngül, bununla belə, gözlənildiyindən xeyli ucuz olacaq. Avtomobilin ABŞ-da qiyməti 35 000 dollar olacaq.

Onun sözlərinə görə, bir dəfə ondan yeni sedanın necə adlanacağını soruşublar. O cavab verib ki, artıq S və X modelləri var (sonuncu indeksi yaxın vaxtlarda bazara çıxacaq krossover alacaq), növbəti model isə E olacaq.

Lakin, məlum oldu ki, “Model Е” adına “Ford” da iddialıdır. Bundan sonra Elon Mask qammadakı üçüncü modeli III rəqəmi ilə adlandırmaq qərarına gəldi. Yeni balaca “Tesla” qiymətdə D-sinif alman sedanları ilə rəqabət aparmağa cəhd göstərəcək.

O nisbətən ucuz batareyalar və sadə salonla fərqlənəcək. Bununla belə, onun hərəkət ehtiyatı çox böyük olacaq – 300 km-dən çox.

AUTO.AZ



teqlər:
Tesla, Tesla Model III 18.07.2014

Şərhlər


AD