Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Aston Martin sürətli rodster düzəltdi

“Aston Martin” şirkəti keçən ilin yayında göstərilən superkar “V12 Vantage S”-in yeni açıq modifikasiyasının sirrini açdı. Yenilik Britaniya markasının tarixində ən sürətli seriyalı rodster oldu.

Rodster “V12 Vantage S”-i kupedə olduğu kimi, altılitrlik on iki silindrli aqreqatla təchiz etdilər. Mühərrik 573 a.g. və 620 Nm fırlanma anı verir. Transmissiya – yeddipilləli “robot” Sportshift III-dür.

O 517 a.g. verən restaylinqdən əvvəlki rodster “Vantage”-a quraşdırılan altıpilləli “mexanika”-nı əvəz edib. Yenilik ilk “yüzü” 4,1 saniyəyə yığa bilər. Maksimal sürət 323 km/saatdır. Müqayisə üçün, kupe sıfırdan yüzə 3,9 saniyəyə sürətlənir. Onun maksimal sürəti 330 km/saata bərabərdir.

Qatlanan dam sayəsində rodsterin damı 1745 kq olub ki, bu da kupedən 80 kq ağırdır. Bununla belə, yeni sürət qutusu sayəsində yenilik 2012-ci ildə təqdim olunan “V12 Vantage”-ın adi açıq modifikasiyasından 20kq yüngül oldu.

Superkar üç iş rejimi (Normal, Sport və Track), həmçinin iki köklənmə variantı, Servotronic sükan idarəetməsi olan tənzimlənən Bilstein amortizatorları olan mexatron şassi əldə etdi. Bundan başqa, rodsteri karbon-keramika əyləc mexaniamləri və “One-77” superkarından idman qazçıxma sistemi ilə təchiz ediblər.

Yenilik üçün Q bölməsindən fərdiləşdirmə proqramı əlverişlidir. Əsasən, rodster üçün banın karbondan hazırlanmış əlavə aerodinamik elementlərini, qara alüminium pedallar, həmçinin anodlaşdırılmış alüminiumdan sürət qutusunun selektorunun dəstəsini sifariş vermək olar.

AUTO.AZ



teqlər:
Aston Martin, Aston Martin V12 Vantage 18.07.2014

Şərhlər


AD