Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Jaguar XE-ni sentyabrın 8-də təqdim edəcəklər

Yeni sedan “Jaguar XE”-nin debütü sentyabrın 8-də Londonda keçiriləcək. “Autoexpress” xəbər verir ki, avtomobil satışda artıq gələn il peyda olacaq. “Jaguar”-da “XE”-nin əsas rəqibləri “BMW 3-Series”, “Audi A4” və “Mercedes-Benz C-Class” olacaq. Şirkətdə qeyd etdilər ki, yeni sedan “F-Type”-dan götürülmüş alüminium qabaq asılqanın hesabına üstünlük əldə edir. Arxa asılqan çərçivəli çoxqollu qurğudan ibarətdir. Belə konstruksiya sayəsində “XE” öz sinfində ən yüngül avtomobil olmalıdır.

Avtomobilin mühərrik qamması Ingenium sıralı mühərriklərlə təqdim olunub. Bu güc aqreqatları öz analoqlarından 80 kq az gəlirlər. “XE”-nin kapotunun altındakı birinci mühərrik 2,0 litrlik 4-silindrli turbodizel olacaq.

O biri mühərriklər haqqında məlumat gizli saxlanılır. Yenilik xüsusilə istənilən səthlərdə hərəkətə nəzarət (məsələn, buz və ya palçıq) sistemi ilə təchiz olunacaq. Onun sayəsində sürücü yalnız düyməni basacaq və avtomobil yolla optimal bağlantını təmin etmək üçün lazımi dövretmə miqdarını seçəcək.

AUTO.AZ



teqlər:
Jaguar, Jaguar XE 18.07.2014

Şərhlər


AD