Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ferrari trek hiperkarı buraxır

Yarım il bundan əvvəl “Ferrari”-nin “Ferrari LaFerrari XX” trek superkarlarının məhdud partiyasını buraxacağı barədə məlumat yarandı. Bu günlərdə ilk sportkar test gedişi zamanı avtomobil paparazziləri tərəfindən nəzərə çarpıb.

Bundan başqa, avtomobilin bəzi xarakteristikaları haqqında məlumat əlverişli olub. “Ferrari LaFerrari”-nin “mülki” versiyasından fərqli olaraq trek superkarı artıq çəkini atıb və daha sürətli və güclü olub.

İlk yüzə sürətlənmək üç saniyədən az vaxt aparır, maksimal sürət isə 350 km/saatadək artıb. Zavod modifikasiyasında hibrid güc qurğusunun gücü 963 a.g.-nə qarşı 1050 a.g.-nə çatdırılıb.

Trek sələfləri kimi, “Ferrari LaFerrari XX” də 30 nüsxəlik tirajla buraxılacaq. Avtomobilin qiyməti bildirilmir, lakin yəqin ki, mülki versiyanın 1,3 mln avro qiymətindən yuxarı olacaq.

Müqayisə üçün, əvvəlki trek modeli – “Ferrari 599XX” – 1,5 mln dollardan baha idi. Əvvəlki kimi, avtomobillərə Corse Clienti bölməsi xidmət edəcək. Bölmənin mühəndisləri avtomobilləri trek günlərinə hazırlayacaq və hiperkara texniki xidmət göstərəcək.

“Ferrari LaFerrari XX” “Ferrari FXX” və “Ferrari 599XX”-dən sonra üçüncü trek modeli oldu.

AUTO.AZ



teqlər:
Ferrari, Ferrari LaFerrari 16.07.2014

Şərhlər


AD