Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Range Rover yolsuzluq avtomobilləri yeniləndi

Sabahdan avropa alıcılarına sifariş üçün yenilənmiş “Range Rover Vogue” yolsuzluq avtomobili və onun idman versiyası “Range Rover Sport” sifariş üçün əlverişli olacaq. 2015-ci ilin avtomobilləri tamamlanmış texniki içlik və gücləndirilmiş səkkizsilindrli dizel mühərriki əldə ediblər.

Bununla belə, ingilislər lyuks avtomobilin avadanlığını yaxşılaşdırdılar və onun fərdiləşdirilmə imkanlarını genişləndirdilər. Ümumilikdə “Land Rover” şirkətinin flaqman yolsuzluq avtomobili daha rahat və cəlbedici oldu.

“Range Rover” iki yeni ban rəngi, boz 19 düymlük yüngüllehimli disklər, uzadılmış təkər bazası olan versiya üçün 22 düymlük opsional təkərlər, elektrik örtüklü panoramlı dam və avtomobilin dövrəsindəki yan güzgülərə birləşdirilmiş işıqlanmanın yeni lampalarını əldə etdi.

Arxa divanın söykənəcəyi təkcə elektrik ötürücü ilə təchiz olunmayıb, həm də xüsusi Intelligent Cargo Mode sistemi ilə təmin olunub. Bu sistem ehtiyac olduqda qabaq oturacaqları qabağa çəkəcək.

Avtomobilin standart komplektasiyasına uzaq məsafədən InControl idarəetmə sistemi və internetə simsiz daxil olma texnologiyası daxildir. 4,4 litrlik SDV8 dizel mühərriki artıq 1700-3300 d/dəqiqədə 339 a.g. və 740 Nm fırlanma anı verir və tamamlanmış ZF avtomatik sürət qutusu ilə komplektləşdirilir.

AUTO.AZ



teqlər:
Land Rover, Range Rover Sport, Range Rover 16.07.2014

Şərhlər


AD