Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi A7-nin dizel versiyasını təqdim etdi

“Audi” şirkəti adına ultra əlavəsi artırılmış lyuks hetçbek “A7”-nin başlanğıc dizel versiyasını təqdim etdi. Avtomobili yaxşı sürət dinamikası və az yanacaq sərfi ilə təmin edə biləcək yeni 3.0 TDI mühərriki ilə təchiz etdilər.

Aşağı СО2 tullantıları vergi ödəmələrini azaldacaq və almanların hesablamalarına görə 20 000 km illik gediş zamanı yanacağa təqribən 1343 avro sərf olunacaq. Bu modifikasiya artıq 54 800 avroya Almaniyada sifariş üçün əlverişlidir.

3,0 litrlik V-şəkilli turbolaşdırılmış altısilindrli mühərrik 4000-4750 d/dəqiqədə 218 a.g. və 1250-3750 d/dəqiqədə 400 Nm fırlanma anı verir. İki muftalı robotlaşdırılmış S Tronic sürət qutusu ilə uyğunlaşan aqreqat 100 km yola orta hesabla 4,7 litr solyar yağı sərf edir.

Atmosferə atılan karbon qazı tullantıları 122 q/km-ə bərabərdir ki, bu da Avro-6 normalarına uyğun gəlir.

Qabaq ötürücülü beşmetrlik 1830 kq-lıq avtomobil 100 km/saata 7,3 saniyəyə sürətlənə biləcək. Maksimal sürət 239 km/saatdır.

AUTO.AZ



teqlər:
Audi, Audi A7 16.07.2014

Şərhlər


AD