Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi A7 xüsusi versiya alıb

“Audi” şirkəti hetçbek “A7 Sportback”-in xüsusi versiyasını – “3.0 TDi competition” buraxdı. Yeniliyi mühərrik qammasında ilk dizel turbo mühərriki olan TDi-ın 25 illik yubileyi münasibətilə hazırlayıblar.

Hetçbeki təkmilləşdirilmiş 3-litrlik biturbo “altılıqla” təchiz ediblər ki, o, adi “Audi A7”-nin mühərrikindən 7 a.g. çoxdur. İndi bu mühərrik 327 a.g. və 650 Nm fırlanma anı verir.

Turboyükləyicilər və qaz mexanizmi sayəsində gücü artırmaq mümkün olub. Pedalı cəld sıxdıqda “Overboost” rejimi işə düşür və bu da qısa müddətdə əlavə 20 a.g. verir.

Yenilik ilk yüzlüyü 5,1 saniyəyə yığır ki, bu, 320-güclü dizel “Audi A7”-dən 0,1 saniyə tezdir. 100 km məsafəyə 6,1 litr yanacaq sərf edilir. Xüsusi versiya “S line” paketi, 20 mm aşağı salınmış klirens, 20-düymlük təkər diskləri və qırmızı əyləc supportları alıb.

Salonda dəri idman oturacaqları, ağac və alüminium əlavələr, kandarlarda isə “quattro” loqotipi peyda olub. Yeniliyin standart ləvazimatlarına diodlu optika daxil edilib, əlavə pul ödədikdə isə matrisalı LED-elementləri olan qabaq optika sifariş etmək olar.

Opsiya qismində naviqator və gecə görünüşü olan MMI multimedia sistemi əldə etmək olar. “Сompetition” versiyasının qiyməti 72 min avrodur. “Audi” avqust ayından sifarişləri qəbul etməyə başlayacaq, ilk müştərilər isə avtomobillərini payızda əldə edəcəklər.

AUTO.AZ



teqlər:
Audi, Audi A7 15.07.2014

Şərhlər


AD