Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Bugatti 1500-güclü superkar düzəldəcək

“Bugatti” şirkəti 2015-ci ildə superkar “Veyron”un varisini təqdim etməyi planlaşdırır. O hibrid mühərrikli olacaq və 1500 a.g. verəcək. Bu avtomobilin hazırlanmasında “Bugatti”-nin rəhbəri Volfqanq Dürhaymer maraqlıdır. Bu barədə “Reuters” agentliyi xəbər verir.

Hazırda yeni superkar barədə elə də çox informasiya yoxdur. Agentliyini bildirdiyinə görə, fransız avtomobil istehsalçısı artıq avtomobilin çertyojunu hazırlayıb. Onun qiyməti təxminən 1,7 milyon dollar olacaq. Buna baxmayaraq, yeni “Bugatti” də əvvəlki “Veyron” kimi 450 ədəd buraxılacaq.

Texniki hissəyə gəldikdə demək olar ki, güc qurğusu sıralarına 4-turbinli, 1200 a.g. verən, 16-silindrli hibrid mühərrik daxil olacaq. Yeni superkarın dinamik xarakteristikaları barədə heç nə deyilməsə də, məlumdur ki, onun maksimal sürəti “Bugatti Veyron Super Sport”dan (431 km/saat) çox olacaq.

Qeyd edək ki, hibrid “Bugatti” barədə ilk dəfə 2012-ci ildə məlumat yayılıb.

AUTO.AZ



teqlər:
Bugatti, Bugatti Veyron 14.07.2014

Şərhlər


AD