Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Vorsteiner tüninqində BMW 5-Series M Sport

“Yüklənmiş” sedan “BMW M5”-in adi “beşlik”dən daha cəlbedici dizayna malik olmasına baxmayaraq, bavariya markasının bir çox pərəstişkarları bu versiyaya üstünlük vermirlər.

“Əlavə” at gücü üçün pul ödəməyən, lakin avtomobillərinin ən yüksək modifikasiya olan “M5”-ə bənzəməsini istəyən müştərilər üçün alman avtomobil istehsalçısı “M Sport” idman paketini təqdim edir. Lakin alman tüneri “Vorsteiner” F10 banında ən güclü “5-Series”-ə bir çox cəhəti ilə bənzəyən variantını təqdim edir.

Sadə “M Sport” paketi ilə təchiz edilmiş restaylinq olunmuş sedana almanlar bir sıra karbon aksessuarlar əlavə ediblər. Tüner avtomobili qabaq bamperdə enli splitterlə, arxa bamperdə diffuzorla və baqaj üçün kiçik spoylerlə təchiz etmək istəyir. Bütöv karbondan baqaj qapağı da sifariş etmək olar.

Şəkillərdə təqdim edilmiş sedan qara radiator barmaqlığı, qara dam, tündləşdirilmiş şüşələr, qabaq qanadlarda tündləşdirilmiş döngə işarələri, qaz buraxma sisteminin qara boruları, böyük disklər, “Vorsteiner” emblemi və arxada parlaq açıq optika sayəsində daha idmansayağı və nadir görünür.

AUTO.AZ



teqlər:
BMW, BMW 5-series, Vorsteiner 14.07.2014

Şərhlər


AD