Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

ADV.1 Wheels disklərində Mercedes S63 AMG

“ADV.1 Wheels” şirkətinin diskləri istənilən seriya avtomobili üçün bəzəkdi. Xüsusilə də bu idman xarakterli təmsilçi sedan “Mercedes-Benz S63 AMG”-dirsə.

Amerikanın eksklüziv təkər istehsalçısı öz təkərlərini yeni W222 banda olan və bir sıra başqa kosmetik yeniliklər əldə etmiş avtomobildə yoxladı. Bundan başqa, şəkildə təqdim olunan möhtəşəm sedan modernləşdirilmiş texniki içliyə, məsələn, daha güclü güc aqreqatı və tamamlanmış asılqana malikdir.

Avtomobilə müxtəlif enli çoxmilli ADV15 Track Spec diskləri “qoyublar”. Disklərin gümüşü milləri və cilalı haşıyələri narıncı əyləc supportlarına və qara bana effektiv təzad təşkil edir.

Qabaq oxda 22×9.5 düym, arxa oxda 22×11 düym ölçülü lehimli disklər enli aşağı profilli şinlərə “bürünüb”.

Bu şinlər yenidən köklənmiş pnevmatik asılqanı idarəetmə sistemi ilə birgə yol işığı zolağını bir neçə santimetrədək azaltmağa imkan verir.

Renntech  Amerika atelyesi elektron idarəetmə blokunu yeniləyib 585 a.g. verən 5,5 litr həcmli turbolaşdırılmış V8 mühərrikinin çıxma gücünü artırdı.

AUTO.AZ



Şərhlər


AD