Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lumma Design tüninqində BMW X6

Alman tüninq-atelyesi “Lumma Design” dəbli yolsuzluq avtomobili “BMW X6”-nın ikinci nəslinin satışdan sonrakı köklənmə proqramının təsvirlərini dərc etdi. F16 banında böyük Bavariya krossoveri yaxın vaxtlarda xarici staylinqdən tutmuş texniki içliyin apqreydinədək hər şey daxil olan kompleks tamamlamapaketi əldə edəcək. Həmişəki kimi tünerlər müştərilərinə böyük diametrli təkərlər və daxili aksesuar komplekti təklif edəcəklər. “Lumma CLR X6 R”-in dünya debütü gələn il Cenevrə avtosalonunda keçiriləcək.

Almanlar karbon lifindən istifadə edərək “BMW X6”-ya tamamilə başqa qabaq bamper “geyindirəcəklər”. Burada böyük hava çıxışları və aşağı hissənin splitteri avtomobili daha aqressiv “baxışla” təchiz edir. Genişləndirilmiş təkər yarımhalqaları və yan ətəklər, yenidən işlənmiş diffuzorlu arxa bamper və beşinci qapının bir neçə variantda spoyleri əlverişlidir. Bundan başqa, idman yolsuzluq avtomobilinin xaricində ventilyasiya olunan kapot, damın axırında deflector və “Lumma” emblemləri meydana gələcək.

Qabaq oxda 295/30, arxa oxda isə 335/25 ölçülü çox məhsuldar Vredestein Ultrac Vorti şinlərinə “bürünmüş” müxtəlif enli 22 düymlük disklərin təkər yarımhalqalarına oturması üçün alman tüninq ustaları klirensi aşağı saldılar. İnteryerə gəldikdə isə onun üçün yeni bəzək matrialları, karbondan dekorativ plankalar, alüminium pedallar, alman tünerinin yazısı olan yer xalıları, oturacaqların yan qoymasını sifariş vermək olar.

Çip-tüninq və dordborulu idman qazçıxması digər tamamlamalarla birgə güc qurğusu sırasının mühərriklərinin məhsuldarlığını artıracaq. Məsələn, “X6 xDrive 50i” versiyasının 4,4 litrlik V8 tvin-turbo mühərriki 590 a.g. və 850 Nm fırlanma anı verəcək. Məhdudlaşdırıcının çıxardılması maksimal sürəti 250-dən 295-dək qaldırmağa imkan verəcək.

AUTO.AZ



teqlər:
BMW, BMW X6, Lumma Design 10.07.2014

Şərhlər


AD