Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Opel Corsa: rəsmi şəkillər

“Opel” şirkəti rəsmən yeni nəsil hetçbek “Corsa”-nın xarici görünüşünün sirrini açdı. Yeniliyin ictimai debütü 2014-cü ildə Paris avtosalonunda keçiriləcək. Rəsmi şəkillər meydana gəlməmiş yeni “Opel Corsa”-nın “Adam” kompaktı ilə eyni üslubda düzəldiləcəyi məlum idi. Düzdür, iki model birbirindən fərqlənir.

Yəqin ki, yeni “Korsa”-nın qabaq hissəsi üçün məhz “Adam”-ın üslubu əsas götürülüb. Arxadan isə “Corsa” xarakterik fənərlər sayəsində “Opel Meriva” və “Opel Astra”-nı xatırladır.

İnteryerdə yeni üçmilli sükanın, başqa cihaz panelinin,həmçinin yaxşılaşdırılmış bəzək materiallarının meydana gəlməsini qeyd etmək lazımdır. Qabaq konsolda düymə çoxluğundan imtina etmək qərarına gəlinib, onun yerinə 7-düymlük sensorlu displeyi olan IntelliLink multimediya sistemi quraşdırılıb.

Həmçinin məlumdur ki, yeni “Opel Corsa”-nın seçim siyahısı genişdir və özünə külək şüşəsinin qızdırıcısı, sükan qızdırıcısı, panoramlı dam, adamsız zonalara nəzarət sistemi, avtomatik “parkedici” və s. daxil edir.

Yeni “Opel Corsa”-nın kapotunun altında 90 və 115 a.g. verən 1,0 litrlik üçsilindrli Ecotec mühərrikləri işləyəcək. Bundan başqa benzin mühərrikləri də olacaq – 1,2 litrlik 70 a.g. verən baza aqreqatı, 1,4 litrlik üçsilindrli “atmosferlik” (90 a.g.) və 100 a.g. verən turbolaşdırılmış 1,4 litrlik mühərrik.

Yeganə dizel mühərriki iki güc variantında – 74 və 94 a.g.- əlverişli olan 1,3 litrlik CDTI olacaq. Mühərriklər 6-pilləli mexanika və 6-pilləli avtomatla birgə işləyəcək. Yeni “Opel Corsa”-nın Avropada satışları 2014-cü ilin sonuna planlaşdırılır.

AUTO.AZ



teqlər:
Opel, Opel Corsa 10.07.2014

Şərhlər


AD