Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

TAG Motorsports-dan BMW 435i Coupe

“TAG Motorsports” Amerika atelyesinin tünerləri “BMW Encinitas” diler mərkəzi ilə birgə alman şirkəti “AC Schnitzer”-in satışdan sonrakı tamamlanma paketindən istifadə edərək idman kupesi “BMW 435i”-i tamamladı.

Avtomobili banın eksklüziv aerodinamik asması və yeni konstruksiyalı təkər diskləri ilə təchiz ediblər. Bundan başqa, tünerlər bəzi texniki düyünləri modernləşdirdilər və eksteryerə kontrast aksentlər əlavə edib yenilədilər.

“M Sport” zavod asmasında parlaq-ağ avtomobil yeni qabaq splitterin, arxa bamperin diffuzoru və yük yerinin kənarındakı karbon spoylerin meydana gəlməsi ilə daha da idman üslubunda görünməyə başladı.

Bundan başqa sportkupe qara radiator barmaqlığı, yan arxa görünüş güzgülərinin qara korpusları və qabaq qanadlardakı qoymalara malikdir. Banın perimetri boyu isimlik və yapışqan şəklində AC Schnitzer simvolikası yerləşib.

Standart disklərin yerinə qabaqdan 225/35, arxadan isə 255/30 ölçülü şinlərə “bürünmüş” müxtəlif enli 19 düymlük Type VIII Bi-Color diskləri quraşdırılıb. 3,0 litrlik mühərrikin səslənməsini yaxşılaşdıran idman qazçıxma sistemini parlaq Racing Evo ucluqları ilə bəzədilər və sonda əyləc supportlarını qırmızı rəngə boyadılar.

AUTO.AZ



teqlər:
BMW, BMW 4-series, TAG Motorsports 09.07.2014

Şərhlər


AD