Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Jaguar çox yüngül F-Type hazırladı

“Jaguar” şirkəti “F-Type” modelinin çox yüngül versiyanı hazırlayır. Avtomobilin çəkisini yeni mühərrikin hesabına azaltmaq planlaşdırırlır. Qeyri rəsmi məlumata görə, yenilik “Cosworth” şirkəti tərəfindən hazırlanmış, mexaniki kompressor və turbini olan 1,6 litrlik mühərrik əldə etməlidir. Mühərrikin gücü təqribən 500 a.g. təşkil edəcək.

Xatırladaq ki, hal –hazırda ən yüngül “Jaguar” “F-Type Project 7”-dir. Avtomobil Qudvudda sürət festivalında təqdim olunub. Banın karbon elementləri sayəsində avtomobilin çəkisi cəmi 1585 kq təşkil edib.

Avtomobilin kapotunun altında kompressorlu 5-litrlik V8 mühərriki quraşdırılıb. Mühərrikin gücü 567 a.g. –dür. Kiçik mühərrik səkkizpilləli avtomatik transmissiya ilə birgə işləyir. Avtomobil ilk “yüzə” 3,9 saniyəyə sürətlənir. Rodsterin maksimal sürəti 300 km/saatdır.

Mühəndislər “Project 7”-ni aerodinamik ban, yaxşılaşdırılmış asılqan və keramika-karbon əyləclə təchiz ediblər. Yenilik 250 nüsxəlik məhdud  tirajla buraxılacaq.

AUTO.AZ



teqlər:
Jaguar, Jaguar F-Type 08.07.2014

Şərhlər


AD