Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

3D Design-dan BMW 3-Series Gran Turismo

Yapon tüninq atelyesi “3D Design” hetçbek “BMW 3-Series GT” üçün nəzərdə tutulmuş stalinq-paketə avtomobili M Sport idman dəsti ilə təchiz etmək üçün müvafiq tamamlamalar daxil etdi.

“M Sport” versiyasının təchiz olunduğu digər asmanı nəzərə alaraq mütəxəssislər tüninq komponentlərini tamamlayıblar və indi onu asanlıqla istənilən seriyalı modifikasiyaya quraşdırılmaq olar.

Asma ilə yanaşı, digər aksessuarlar da sifariş etmək olar. Onların sırasına böyük diametrli disklər və daxili tüninq detalları daxildir. Praktik hetçbek “BMW 3-Series Gran Turismo” bu paketlə təchiz edilərək standart qabaq bamperə quraşdırılmış karbon splitter, arxa bamperdə diffuzor və 5-ci qapının üzərində kiçik spoyler alıb.

Şəkildə gördüyümüz avtomobil qazburaxma sistemi üçün iki parlaq boru və enli aşağıprofilli şinlərə bürünmüş 5-milli disklər alıb.

Qara radiator barmaqlığı avtomobilin aqressivliyini vurğulayır, kənarlardakı nazik xətlər isə onun fərdi üslubundan xəbər verir.

Salonu fərdiləşdirmək üçün “3D Design” şirkətindən xalılar, sürət qutusu başlığı və əyləc tutacağı sifariş etmək olar.

AUTO.AZ



teqlər:
BMW, BMW 3-Series, 3D Design 05.07.2014

Şərhlər


AD