Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Caractere Exclusive-dən Range Rover Evoque

Belçika tüninq şirkəti “Caractere Exclusive”-in arsenalında dəbli krossover “Range Rover Evoque”-un satışdan sonrakı tamamlama paketi meydana gəlib.

Tünerlər lyuks sinif şəhər yolsuzluq avtomobilinin sahiblərinə ban aksesuarları və dəbli təkər dəsti, ehtiyac olduqda isə bəzi texniki tamamlama detalları təklif etməyə hazırdırlar.

Aerodinamik asmanın bəzi komponentləri müxtəlif dizayn variantında əlverişidir ki, bu da müştəriyə öz avtomobilini daha da individual kökləmə imkanları verir.

Britaniya krossoverinə idman üslubu vermək və onun xarici görünüşünə eksklüzivlik əlavə etmək üçün Belçika dizaynerləri yeni qabaq bamper düzəltdilər, arxa bamperi yeni dəyişilmiş diffuzorla təchiz etdilər və yük yerinin qapısını iki versiyada təqdim olunan spoylerlə təmin etdilər.

Tünerlər təkər yarımhalqalarını 20х9, 21х9,5 və 22х9,5 düym diametrli beşmilli yüngül lehimli disklərlə doldurmağı təklif edirlər. Banın xüsusi bəzəyi “Caractere” atelyesinə avtomobili daha yaxşı fərdiləşdirməyə və onu daha gözəçarpan və cəlbedici etməyə imkan verir.

AUTO.AZ



Şərhlər


AD