Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes CLS yeni opsiyalar paketi alıb

Yenilənmiş 4-qapılı “Mercedes-Benz CLS” kupenin fərdiləşdirilməsi üçün alman avtomobil istehsalçısı iki opsional paket – “Sport Package” və “Night Package” təklif edib.

Avtomobil fərdi ban aksessuarları, eksklüziv dizaynlı təkərlər və texniki hissələrdə yeniliklər alıb. Birinci “Sport Package” paketi güclü versiyalardan, o cümlədən “CLS 500”-dən başqa bütün modifikasiyalar üçün təklif ediləcək. İkinci paket isə “AMG Line” asılqanında quraşdırılacaq və standart “CLS 500” və “CLS 500 4Matic” modifikasiyalarında istifadə ediləcək.

“Sport” paketi lüks avtomobilə müxtəlif dizayna malik 18- və ya 19-düymlük disklər, “Direct Control” idman asması, qaz buraxma sisteminin paslanmayan boruları və supportları üzərində “Mercedes-Benz” yazılmış böyüdülmüş qabaq əyləc diskləri əlavə edəcək.

“Night” paketi isə avtomobili 18- və ya 19-düymlük disklər, qara parlaq güzgülər, tündləşdirilmiş arxa şüşələr, pəncərələr üçün qara çərçivələr, qara rəngli radiator barmaqlığı, qabaq splitter və arxa diffuzorla təchiz edəcəkdir.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz CLS 02.07.2014

Şərhlər


AD