Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes CLS63 AMG-ni Brabus850-ə çeviriblər

“Mercedes-Benz” seriyalı modellər əsasında yığılmış güclü lüks “Brabus850” avtomobil sırası 4-qapılı kupe “CLS”-siz tamamlana bilməzdi. Məhz buna görə də alman tüneri bu versiyanı yaratdı.

Aqressiv ban asılqanı, təkər diskləri və təkmilləşdirilmiş güc aqreqatları sayəsində “CLS63 AMG” tam yeni avtomobil oldu. Bununla yanaşı, möhtəşəm və praktik kupe tam yeni salona və yenidən tənzimlənmiş asmaya malikdir.

5.5-litrlik 8-silindrli tvin-turbo mühərrikini 6,0-litrə qədər artırıblar. Mühərrik daha güclü turbinlər, qızılı elementləri olan yeni yanacaq vurma sistemi, bütün sistemə nəzarət edən elektron idarəetmə bloku ilə qoşulan idman buraxılış sistemi ilə təchiz edilmişdir. Maksimal 850 a.g. və 1150 Nm fırlanma anı 4-qapılı kupeyə 100 km/saata 3,1 saniyəyə sürətlənməyə imkan verir.

Avtomobilin xarici görünüşünü onun imkanları ilə uyğunlaşdırmaq üçün tünerlər vertikal diodlu hərəkət işıqları olan yeni qabaq bamper, fərqli radiator barmaqlığı, qabaq qanadlarda əlavələr, diffuzor və arxa bamperdə yan əlavələr, baqajda nazik spoyler və “Brabus” emblemi quraşdırıblar.

“Mercedes CLS63 AMG”-nin qara banı qara çoxmilli disklər və qazburaxma sisteminin ikili boruları ilə əla uyğunlaşır.

Bahalı dəri ilə işlənmiş və ağac əlavələrlə bəzədilmiş salon sürücüyə görə uyğunlaşır və idman oturacaqları və mərkəzi tonneldə səs tənzimləyən düymə sayəsində daha da idmansayağı olub.

Tavan alkantara ilə üzlənib, döşəməyə yeni xalılar salınıb, kandarlar üzərindı “Brabus”-un simvolu olan əlavələrlə, pedallar metal ilə bəzədiliblər.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz CLS, Brabus 30.06.2014

Şərhlər


AD