Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ford yeni hetçbek Focus ST təqdim etdi

“Ford” yeni “Focus ST”-nin sirrini açdı. Avtomobil həm daxili, həm də xarici yeniliklər alıb. İlk dəfə olaraq alıcılara dizel versiyası təqdim ediləcək. Avtomobilin təqdimat mərasimi Hudvurda sürət festivalında keçiriləcək.

Xarici dəyişikliklərə yeni bamperlər, fənərlər və kapot daxildir. Bundan əlavə, avtomobil 18-düymlü yüngüllehimli disklər də alıb. Salonda sükanın dizaynı dəyişilib, klimat-kontrola nəzarət edən düymələr yenilənib.

Əsas yenilik mühərriklər qammasına dizel qurğusunun daxil edilməsi oldu. İndi ənənəvi 2,0-litrlik 250-güclü 4-silindrli turbo mühərrikdən əlavə “Ford Focus ST” 185 a.g. verən 2,0-litrlik dizel mühərrik də alacaq.

Avtomobil benzin mühərriklə 0-dan 100 km/saata 6,5, dizel mühərriklə isə 8,1 saniyəyə sürətlənir.

AUTO.AZ



teqlər:
Ford, Ford Focus 30.06.2014

Şərhlər


AD