Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Dünyada ən sürətli Jaguar: şəkil

Britaniya avtomobil istehsalçısı ən güclü və sürətli “F-Type” versiyasını barədə məlumat verdi, şəklini yaydı. “Jaguar” şirkəti markanın tarixində ən güclü və ən sürətli olan “F-Type Project 7” rodsterinin sirrini açdı. “Special Operations” bölməsi tərəfindən hazırlanmış avtomobil rəsmi olaraq Britaniyanın Hudvud şəhərində keçiriləcək sürət festivalında təqdim ediləcəkdir.

“Jaguar F-Type Project 7”-nin xarici hissəsi keçən əsrin 50-ci illərinə aid “D-Type” sportkarı üslubunda hazırlanıb. Avtomobilin xarici görünüşünün dizaynını gənc dizayner Sezar Pyeri və “Jaguar”-ın baş dizayneri Yan Kallum hazırlayıblar. Adi “F-Type” versiyası ilə müqayisədə “Project 7” xüsusi versiyası qabaq şüşə çərçivəsi, əl ilə açılan və bağlanan yumşaq dam və aerodinamik asılqan ilə fərqlənir.

İlk baxışda “Jaguar F-Type Project 7”-in salonu adi versiyadan elə də fərqlənmir, lakin burada britaniyalılar karbon lifindən hazırlannış oturacaqlar, alkantaradan olan sükan hazırlayıblar, o cümlədən nadir rənglərdən istifadə ediblər. Bundan əlavə, oturacaqlar arasında avtomobilin sıra nömrəsi və Yan Kallumun imzası olan lövhə vardır.

“Jaguar F-Type Project 7”-nin kapotu altında 575 a.g. və 680 Nm fırlanma anı verən 5.0-litrlik “səkkizlik” yerləşdirilib. Fırlanma anı yenidən tənzimlənmiş 8-pilləli avtomatik ZF sürət qutusu vasitəsilə arxa oxa ötürülür. Nadir “Jaguar” 100 km/saata 3.9 saniyəyə sürətlənir, maksimal sürət isə 300 km/saatdır.

Bununla yanaşı, britaniyalı mütəxəssislər qabaq asmanı təkmilləşdiriblər, yayları və amortizatorları yenidən tənzimləyiblər, o cümlədən 398- və 380 mm karbon-keramik əyləc diskləri və 6-, 4-porşnli supportlar quraşdırıblar.

Yenilik məhdud sayda 250 ədəd buraxılacaq və onların hər birinin qiyməti 135 min funt sterlinq (təxminən 230 min ABŞ dolları) olacaq. Avtomobil 2015-ci ildən müştərilərə çatdırılacaq.

AUTO.AZ



teqlər:
Jaguar, Jaguar F-Type 30.06.2014

Şərhlər


AD