Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lumma Design Range Rover CLR SR təqdim edəcək

Qudvuddakı sürət Festivalının daha bir yeniliyi “Lumma Range Rover” sırasına növbəti tamamlama olan “CLR SR” modelidir. Eksklüziv asma “Vogue” və “Sport” seriya modifikasiyaları üçün münasibdir və avtomobillərin xarici görünüşünü daha unikal və idman üslubunda edir.

Tüninq paketə həmçinin böyük diametrli təkərlər və interyeri bəzəmək üçün daxili aksesuarlar dəsti daxildir. Əlavə güc əldə etmək üçün güc qurğusunun apqreydi proqramını sifariş vermək olar.

Splitteri, orijinal duman əleyhinə fənərləri və diodluhərəkət işıqları olan başqa qabaq bamper, radiator barmaqlığı, şəkildəyişmiş arxa bamperin diffuzoru, yük yerinin qapağındakı əlavə ensiz spoyler və paslanmayan qazçıxama sisteminin 105 mm-lik cüt ikilənmiş qolları Lyuks Britaniya yolsuzluq avtomobilinə aqressivlik verdi.

İkirəngli ağ-qara ban rəngi, 305/30 şinləri olan 23 düymlük analoji disklər, yanlarda açıq-yaşıl zolaqlar, parlaq əyləc supportları və “Lumma Design” atelyesinin isimlikləri avtomobilə fərdilik verir.

Salon üçün yeni bəzək materialları, alüminium pedallar və velür xalılar əlverişlidir. Güc qurğularına gəldikdə isə onların səmərəliliyi bir qədər artır, məsələn, 3,0 litrlik dizel V6 mühərriki ilə 30 a.g. və 60 Nm əldə edir.

AUTO.AZ



teqlər:
Land Rover, Range Rover, Lumma Design 27.06.2014

Şərhlər


AD