Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ford yeni krossover Edge təqdim etdi

“Ford” yeni nəsil krossover “Edge” təqdim etdi. Avtomobil 2015-ci ilin əvvəlində satışa çıxarılacaq. Krossover “Mondeo” ilə bölüşdüyü yeni platformada düzəldləcək. Yeniliyin eksteryeri Los-Anceles avtosalounda təqdim olunmuş konseptə oxşayır.

Krossover texniki cəhətdən çox dəyişilməyib. Avtomobil yeni asılqan konstruksiyası və müvafiq olaraq 245 və 330 a.g. verən 2,0 litrlik və 2,7 litrlik EcoBoost mühərrikləri olan yeni mühərrik qamması əldə etdi.

Həmçinin 3,5 litrlik atmosferli V6 da təqdim olunacaq. Bütün mühərriklər 6-pilləli avtomatik transmissiya ilə işləyəcək. Bundan başqa, “Ford Edge” adaptiv sükan idarəetmə sistemi olan ilk avtomobil olacaq. Yeniliyin mahiyyəti – hərəkət sürətindən asılı olaraq sükanın dönməsinin sayının dəyişilməsidir.

Sistem elektrik mühərriki, gücləndirici və ötürücüdən ibarətdir. Bütün mexanizmlər sükanda quraşdırılır. Mexanizm aşağı sürətdə sükanın dönmə sayını azaldır.

Bu da parketmə zamanı manevr etməni asanlaşdırır. Yüksək sürətdə isə  dönmənin sayı artır və idarəetmənin dəqiqliyini artırır.

AUTO.AZ



teqlər:
Ford, Ford Edge 26.06.2014

Şərhlər


AD