Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hyundai qənaətli Sonata buraxır

“Hyundai”-ın Amerika bölməsi yeni qənaətli variantda 2015-ci model ilinin “Sonata”-nı buraxacağını elan etdi. Onun birləşdirilmiş tsikldə yanacaq sərfi 100 km-ə 7,3 litrdir.

Bu 177 a.g. (132 kBt) və 195 funt-fut (195 Nm) fırlanma anı verən 1,6 litr həcmli 4-silindrli turbolaşdırılmış benzin mühərrikinin hesabına mümkün olub. Birgə işləmək üçün ona 7 muftası olan 7-pilləli sürət qutusu təklif olunur.

“Hyundai” həmçinin söz verir ki, “Sonata Eco” şəhərdə 8,4 litr, trassda isə 6,1 litr yanacaq sərf edir. Bu o deməkdir ki, yenilik 185 a.g. verən 2,4 litrlik Theta II mühərriki ilə təchiz olunmuş “2015 Sonata SE”-dən təqribən 10 faiz effektivdir.

ABŞ-da yeniliyin qiyməti 23 275 dollardır. Standart təchizata 5 düymlük ekranı olan multimediya sistemi, arxa görünüş kamerası, əlavə xromlaşdırılmış elementlər daxildir. “Sonata Eco” yayın axırında satışa çıxarılacaq.

AUTO.AZ



teqlər:
Hyundai, Hyundai Sonata 25.06.2014

Şərhlər


AD