Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Chevrolet Colorado daha güclü olacaq

Pikap “Chevrolet Colorado”-nun (və onun platforma yoldaşı “GMC Canyon”-nun) yeni nəsli hələ keçən ilin axırında təqdim olunub. Lakin “GM”-də yeniliyin bazara çıxmasından əvvəl mühərriklərin gücünü artırmaq qərarına gəldilər ki, bu da istehsalçıya seqmentdə lider mövqeləri barədə məlumat verməyə imkan verdi. Lakin, gücləndirilmə nisbətən kiçik alınıb.

Təqdimat mərasimi zamanı istesalçı pikapın baza versiyasının 193 a.g. verən 2,5 litrlik benzin mühərriki ilə təchiz ediləcəyini xəbər vermişdi. Lakin indi konsern mühərikin 200 a.g. verəcəyi barədə məlumat  verdi. Pikap üçün gücü 302-305 a.g.-dək artan 3,6-litrlik V6 da nəzərdə tutulub. Bu “General Motors” konserninə yenilikləri barədə ortaölçülü pikaplar seqmentində ən güclü təmsilçilər kimi danişmağa imkan verdi. Hər iki mühərrikin ABŞ-da “yük atı” hesab olunan pikapların qazpaylaşdırma fazasını dəyişdirmə sistemi ilə təchiz olunması qeyd olunur.

Beləliklə, güc qurğuları alçaq dönğələrdə gücləndirilmiş dartı qüvvəsinə malikdir ki, bu da yüklərin və ağır qoşma arabaların yedəyə alınmasını yüngülləşdirir. Bundan başqa hər iki mühərrik xüsusi köklənmiş 6-pilləli “avtomatla” birgə təqdim olunacaq. Bir ötürücülü transmissiyası olan pikapların bəzi versiyaları premyera zamanı məlumat verilməyən 6-pilləli mexaniki sürət qutusu da əldə edəcəklər.

AUTO.AZ



teqlər:
Chevrolet, Chevrolet Colorado 24.06.2014

Şərhlər


AD