Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Peugeot yeni sedanın sirrini tamamilə açdı

Avqust ayından Moskva avtosalonunda “Peugeot” şirkəti restaylinq olunmuş sedan 508-i nümayiş edəcək. Bu avtomobil istehsalçı tərəfindən yeni nəsil kimi qələmə verilir. Ciddi yenilənmə avtomobili daha dəbli və müasir görünməyə vadar edir.

Avtomobil yenilənmiş standart komplektasiyaya və yeni əlavə opsiyalara sahib olacaq, güc aqreqatları qammasına isə bu yaxınlarda hazırlanmış mühərrik daxil olacaqdır. Avtomobil Fransanın Renne şəhərindəki zavodda yığılacaq və cari ilin yay mövsümündə satışa çıxarılacaq.

Yeni formalı bamperlər, ensiz radiator barmaqlığı, diodlu qabaq və arxa fənərlər avtomobilin fərqli cəhətlərindəndir. Xarici hissədə, həmçinin xromlaşdırılmış dekorativ elementlər və yüngüllehimli çoxmilli təkərlər görmək olar.

Salonda 7-düymlük sensor ekranı olan multimedia sistemi var və onun vasitəsilə bəzi avadanlıqları idarə etmək olar. İnformasiya-əyləncə sisteminə səyahət üçün “TripAdvisor” və “Michelin Guide” servisləri daxil ediləcək ki, onlar hava, yaxın park yeri və hərəkət istiqamətində olan tıxaclar barədə məlumat verəcək.

Yenilənmiş mərkəzi konsol bir neçə düymədən məhrum olmuş və xırda əşyaları saxlamaq üçün xüsusi yerə malik olmuşdur. Cihazlar paneli daha asan oxunur və proyeksiyalı displey sayəsində indi informasiyanı qabaq şüşəyə ötürmək olar.

Komplektasiyasından asılı olaraq “Peugeot 508” internetə giriş imkanına, JBL audiosistemə, kor zonaları görmə sisteminə, arxa görünüş kamerasına, avtomatik qabaq fənərlərə, 4 zonalı klimat-nəzarət və salona açarsız daxil olma sisteminə malik olacaqdır. Modelin əsasında “Citroen C5”-in şassisi dayanır. Asılqan elə də dəyişilməyib.

Avtomobil 156 a.g. verən 6-pilləli avtomat və ya mexaniki sürət qutusu ilə birgə işləyən 1,6-litrlik benzin THP turbo mühərriklə, 150 və 180 a.g. verən 2,0-litrlik “BlueHDi” turbo dizellərlə, 163 a.g. verən RXH hibrid güc qurğusu olan 2,0-litrlik dizel mühərriki və 37 a.g. verən elektrik mühərriki ilə təchiz edilir.

Bütün mühərriklər “Avro-6” standartlara cavab verir, hibrid isə yalnız elektrik dartmada hərəkət edə bilir.

AUTO.AZ



teqlər:
Peugeot, Peugeot 508 23.06.2014

Şərhlər


AD