Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Range Rover Sport opsional paket aldı

Bu ayın sonu Britaniyanın Hudvud şəhərində keçiriləcək sürət festivalında “Land Rover” şirkəti yeni “Stealth Pack” paketi olan “Range Rover Sport” yolsuzluq avtomobilini təqdim edəcək. Belə təchizatı olan avtomobil eksklüziv eksteryer və interyerə, o cümlədən zəngin standart komplektasiyaya malik olacaq. Opsional paketi artıq gələn aydan “HSE Dynamic и Autobiography Dynamic” modifikasiyası üçün sifariş etmək mümkün olacaq. İlk müştərilər avtomobillərini cari ilin sonuna yaxın əldə edə biləcəklər.

Avtomobilin digərlərindən seçilməsi üçün onu qara bana daha çox təzad verəcək aksentlərlə təchiz ediblər. Bunların arasında radiator barmaqlığı və onun çərçivəsi, kapotda və qabaq qanadlarda ventilyasiya kəsiklərinin əlavələri, fənərlərin çərçivələri, yan güzgülərin çərçivələri və sütunlar daxildir. Bunlarla yanaşı, “Range Rover Sport” hər iki bamperdə qara əlavələrə, premial subbrendin qara emblemlərinə və tündləşdirilmiş şüşələrə, 9-milli 21-düymlük və ya 5-milli 22-düymlük qara disklərə və tündləşdirilmiş fənərlərə malikdir. Lüks yolsuzluq avtomobilinin salonu qara dəri ilə işlənib, laklaşdırılmış əlavələrlə bəzədilib.

AUTO.AZ



teqlər:
Land Rover, Range Rover Sport 21.06.2014

Şərhlər


AD