Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Bentley trek superkarının sirrini açdı

Britaniyanın möhtəşəm idman avtomobilləri istehsalçısı olan “Bentley” yarış bolidi “Continental GT3”-ün “GT3-R” modifikasiyasının mülki versiyasını təqdim etdi. Sportkar yarış treki üçün nəzərdə tutulub, lakin ümumi istifadə yollarında da hərəkət edə bilər.

Azaldılmış hazır kütlə, yenilənmiş texnika və banın individual bəzəyi avtomobilin fərqli xüsusiyyətləri oldu. Avtomobil güclü və sürətli oldu. Bu da sürücüyə əsl yarış avtomobilini idarə etməkdən müsbət emosiyalar almağa imkan verir.

“Bentley Continental GT3-R” istehsalçıları titan qazçıxma sisteminin quraşdırılması, arxa divanın çıxardılması və əlavə karbon detalların istifadəsi sayəsində böyük ingilis kupesinin çəkisini 100 kq azaltdılar.

2650-kiloqramlıq avtomobil həmçinin qara rəngə boyanmış və çox məhsuldar Pirelli şinlərinə “bürünmüş” 21-düymlük yüngül disklərə malikdir. Sportkarın banını özünə qabaq splitter, yan ətəklər, arxa bamperin diffuzoru və yuk yerindəki spoyler daxil edən karbon aerodinamik asma ilə təchiz ediblər.

Banın əsas rəngini qara radiator barmaqlığı və qabaq fənərlərin çərçivələri, qara arxa görünüş güzgüləri və yanlardakı moldinqlər, həmçinin arxa qanadlarda xüsusi loqotipli ensiz yaşıl zolaqlar yumşaldır.

Salon adi “Bentley Continental GT”-də olduğu kimi möhtəşəmdir, lakin idman üslubunda hazırlanıb. Bahalı qara dəri və qara alkantara üstündə yaşıl tikiş, yaşıl qoymalar və karbonla təchiz olunub.

Oturacaqların başaltılarının üstündəki “GT3-R one of 300 cars” yazısı sportkupenin eksklüziv olduğundan xəbər verir. 4 litrlik 8 silindrli mühərrik daha güclü turbinlərin və EİB-nun yeni softunun hesabına 6000 d/dəqiqədə 580 a.g. və 1700 d/dəqiqədə 700 Nm fırlanma anı verir. Adi “Continental GT V8”-lə müqayisədə faydalı iş əmsalı 73 a.g. və 40 Nm artıb.

Modernləşdirilmiş tam ötürücü sistem və mükəmməlləşdirilmiş avtomatik ZF sürət qutusu ilə birgə avtomobil 0-dan 100 km/saata 3,8 saniyəyə sürətlənir. Maksimal hərəkət sürəti əksinə azalıb və indi 273 km/saata bərabərdir.

Nəhayət, 420 mm-lik karbon-keramika əyləcləri və yenidən köklənmiş elektrik sistemləri “Bentli” markasının ən sürətli sportkarının sürücü və sərnişininin təhlükəsizliyini təmin etməyə imkan verir. “Bentley Continental GT3-R”-i gələn həftə Qudvudda keçiriləcək sürət festivalı çərçivəsində təqdim edəcəklər. 300 avtomobildən birini artıq indi sifariş vermək olar.

AUTO.AZ



teqlər:
Bentley, Bentley Continental GT 18.06.2014

Şərhlər


AD