Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Nissan virtual superkar göstərdi

“Nissan” şirkəti populyar videooyun seriyası, real yarış simulyatoru - Gran Turismo-nun 15 illiyi şərəfinə yaradılmış virtual yarış avtomobili “Nissan Vision Gran Turismo”-nun layihəsini rəsmən təqdim etdi. Superkar “Gran Turismo 6” oyununa yüklənmək üçün artıq iyuldan hazır olacaq.

Bu layihə Yapon avtomobil istehsalçısının gələcəyin avtomobilini necə gördüyünü nümayiş etdirir. Avtomobilin xarici görünüşünü London mərkəzi “Nissan Design Europe”-dan gənc dizaynerlər komandası hazırlayıb, fiziki nöqteyi nəzərdən forma və nisbətləri yaratmaqda isə onlara “Nissan”-nın yapon şəhəri Asuqidən olan mühəndisləri kömək ediblər.

Futurizm üslubunda olmasına baxmayaraq prototip bəzi korporativ xüsusiyyətləri mənimsəyib: radiator barmaqlığının qabağındakı “dimdik” və hazırki superkar “GT-R”-ə uyğun yaradılmış fənərlər. Təsəvvür edilən texniki xarakteristikalar haqqında şirkət məlumat vermir, lakin yəqin ki, avtomobil hibrid güc qurğusu əldə edəcək.

AUTO.AZ



teqlər:
Nissan, Nissan GT-R 18.06.2014

Şərhlər


AD