Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Land Rover Discovery-ni bir qədər yeniləyib

2015-ci model ili üçün “Land Rover” şirkəti orta ölçülü yolsuzluq avtomobili “Discovery”-ni bir qədər yeniləyib. Hər şeydən əvvəl, avtomobil müxtəlif kosmetik yeniliklər alıb ki, onlar maşını daha cəlbedici ediblər.

Bundan əlavə avtomobilin komplektasiyası da yeni opsiyalarla bir qədər dəyişib. İngilis yolsuzluq avtomobili cari ilin sentyabr ayında satışa çıxarılacaq. O öz vətənində 41595 funt sterlinq (69750 dollar) olacaq.

“Land Rover Discovery 2015” işıqdiodlu elementləri olan qabaq ksenon fənərlər və ən yaxşı modifikasiyada 20-düymlük yüngüllehimli disklərlə təchiz edilib. İstehsalçı ban üçün 4 yeni rəng təklif edir, salon üçün isə ikirəngli dəri və müxtəlif ağac işləmələri sifariş etmək olar.

Multimedia sistemi indi avtomobil sahibinin smartfonu ilə inteqrasiyanı dəstəkləyir.

“Land Rover Discovery”-də quraşdırılan hər üç mühərrik 8-pilləli avtomat ZF sürət qutusu və start-stop sistemi ilə təchiz edilir.

AUTO.AZ



teqlər:
Land Rover, Land Rover Discovery 14.06.2014

Şərhlər


AD