Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mini ən güclü dizel mühərrik aldı

“Mini” şirkəti mühərrik qammasını iki yeni güc aqreqatı ilə genişləndirib. “Cooper SD” modifikasiyası üçün 2-litrlik dizel ilə yanaşı, benzin mühərrik də təqdim edilib və onunla “Mini One First” versiyası təchiz ediləcək.

İndi baza “Mini”-si 1,2-litrlik 3-silindrli mühərriklə təchiz ediləcək. Bu mühərrik 75 a.g. və 150 Nm fırlanma anı verir. Bu isə o deməkdir ki, “Mini” çox yavaş gedəcək. 100 km/saata sürətlənmək üçün ona 12,8 saniyə vaxt lazımdır. Lakin bu sürət zəifləməsi qənaətcilliyə müsbət təsir edib – “One First” hetçbeki 100 km məsafəyə 5,2 litr yanacaq sərf edir.

2-litrlik dizel mühərriki isə “Mini” ailəsində ən güclü mühərrik adlandırılıb. O, dəqiqədə 1500 dövrdə 170 a.g., 360 Nm fırlanma anı verir. Belə mühərriki olan “Mini Cooper SD” 6-pilləli mexaniki və ya avtomat sürət qutusu ilə hərəkətə gəlir. Birinci halda hetçbek 100 km/saata 7,3 saniyəyə, avtomat sürət qutusu ilə isə 7.2 saniyəyə sürətlənir. “Mini Cooper SD” 100 km məsafəyə orta hesabla 4-4,1-litr yanacaq sərf edir.

Beləliklə, “Mini”-nin müasir mühərrik qamması 7 güc aqreqatı ilə genişləndir ki, ona 4 benzin və 3 dizel mühərriki daxildir. Yaxın gələcəkdə “Mini”-də daha bir yeni mühərrik peyda olacaq və o “John Cooper Works” versiyası alacaq. Onun gücünün 230 a.g. olacağı gözlənilir.

AUTO.AZ



teqlər:
Mini, Mini Cooper 12.06.2014

Şərhlər


AD