Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Nissan GT-R Liberty Walk-dan asma aldı

Yaponiya şirkəti “Liberty Walk”-un aqressiv asmasına təkcə Asiya regionunda deyil, ABŞ-da, o cümlədən Kanadada da çox ehtiyac var. “Europa Auto Design” forması sayəsində bu asmada ilk “Nissan GT-R” sportkarı Vankuver kuçələrində peyda olub.

Bir çox superkarlar üzərində üstünlüyünü istənilən vaxt təsdiq etməyə hazır olan tamötürücülü kupe bodi-kitdən əlavə böyük diametrli təkər diskləri, ban üçün sadə qara rəng və bir qədər gücləndirilmiş mühərrik alıb.

Böyüdülmüş ventilyasiya kəsikləri və enli alt dodağı olan yeni qabaq bamper, genişləndirilmiş təkər arkaları, arxa bamper üçün ətək və diffuzor, baqaj qapağı üzərində böyük palçıq qoruyucu və “Toyo Proxes R888” şinlərinə bürünmüş 20-düymlük enli disklər avtomobilin nadir üslubundan xəbər verir.

Disklərin milləri tutqun qara rəngə boyanıb. Disklərlə yanaşı, “Brembo” əyləc sistemi supportları da qara bana təzad yaradır. İkiqat turboyükləyicisi olan 3,8-litrlik “altılıq” xüsusi hazırlanmış qazburaxma sistemi və daha effektli “Phoenix”  interkuleri alıb ki, bu da mühərriki 600 a.g.-də edib.

AUTO.AZ



teqlər:
Nissan, Nissan GT-R, Liberty Walk 12.06.2014

Şərhlər


AD