Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW 1-Series qabaq ötürücülü olacaq

2018-ci ildə təqdim ediləcək yeni nəsil “BMW 1-Series” barədə məlumat əldə edilib. Yenilik “MINI Cooper” və “2-Series Active Tourer”-in yığıldığı “UKL1” platforması alacaq.

Yeni platformaya qabaq ötürücülü konfiqurasiya daxildir. Lakin bildirilir ki, M-versiyası tam ötürücü də ala bilər. Mühərriklər barədə hələlik məlumat yoxdur. Çox güman ki, o 3- və 4-silindrli olacaq. M-versiyası isə 360 a.g. verən 2,0-litrlik turbomühərrik alacaq.

“BMW 1-Series”-in yeni nəslinin ölçüləri böyüyəcək və salonda daha çox yer olacaq. Buna baxmayaraq avtomobil konstruksiyasında olan alüminium detallar sayəsində daha yüngül olacaq.

AUTO.AZ



teqlər:
BMW, BMW 1-series 11.06.2014

Şərhlər


AD