Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Volkswagen Golf krossover olacaq

“Volkswagen” şirkəti “Golf”-un yolsuzluq versiyasının hazırlanması üzərində çalışır və o, “Tiguan”-dan bir qədər balaca və ucuz olacaq. Bu yaxınlarda “Volkswagen”-in rəhbərlərindən biri bəyan etmişdir ki, şirkət bir neçə ildən sonra indiki iki avtomobil əvəzinə 6 yolsuzluq və krossover avtomobilləri buraxacaq. Bu, belə də görünür. İlkin hesablamalara görə, “SUV” avtomobillərinin ümumi satışının 2018-ci ildə payı 20,1 faiz olacaq – indi o, 17,6 faiz təşkil edir.

Artıq bu modellər barədə məlumatlar var. Almaniyanın “AutoBild” jurnalının məlumatına görə, “Volkswagen” yaxın 3 il ərzində “Golf” ailəsini yolsuzluq versiyası ilə genişləndirəcək. O, yüksək klirenslə və tam ötürücülü sürət qutusu alacaq. Bundan əlavə, “Golf”-un yolsuzluq versiyası fərqli xarici görünüşə malik olacaq: avtomobil daha aqressiv görünəcək.

Yeni yolsuzluq avtomobili “Golf” balaca “Taigun” (onun təqdimatı bu yaxınlarda olacaq) və böyük “Tiguan” modelləri arasında yer alacaq. Məhz buna görə də “Tiguan”-ın indi hazırlanan ikinci nəsli bir qədər böyük olmalıdır. Yeri gəlmişkən, məhz yolsuzluq avtomobili “Golf”-un əsasında 2015-ci ildə təqdim ediləcəyi gözlənilən “Audi Q1” modeli yığılacaqdır.

AUTO.AZ



teqlər:
Volkswagen, Volkswagen Golf 11.06.2014

Şərhlər


AD