Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

DMC-dən Ferrari 458 Italia MCC Edition

Dəyişilməz görünüşü ilə bazarda beş il olmasına baxmayaraq, “Ferrari 458 Italia” yeni görünür və o, həm baza variantında, həm də tüninqdən sonra eyni qalır.

İtaliya superkarı “DMC” şirkəti tərəfindən satışdansonra tənzimlənmə üçün paket aldı. Bu şirkət bizi daim öz layihələri ilə təəccübləndirir. Alman tünerinin ən son yaradıcılığı “MCC Edition (Monte Carlo Carbon)” staylinq-paketi olub ki, biz indi bu barədə danışacağıq.

“Ferrari 458 Speciale”-dən ilham alaraq, “DMC” dizaynerləri adi model üçün böyük splitteri olan aqresiv qabaq bamper, qabaq qanadlarda hava kəsikləri üçün əlavələr və arxada spoyler hazırlayıblar.

Bundan əlavə, şəkildə gördüyümüz avtomobilin ağ banına boz və tünd-göy xətlərdən ibarət olan enli zolaq çıkiblər. “Ferrari 458 Italia”-nı daha çox tənzimləmək istəyənlər qabaq oxda 21-, arxa oxda isə 22-düym ölçüləri olan eksklüziv konstruksiyalı disklər sifariş edə bilərlər.

Bu dəfə 4,5-litrlik atmosferli V8 mühərrikinə toxunulmayıb və o yenə də 570 a.g., 540 Nm verir.

AUTO.AZ



teqlər:
Ferrari, Ferrari 458 Italia, MCC Edition 10.06.2014

Şərhlər


AD