Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW M3 Vorsteiner-dən asma alıb

Sportkar “BMW M3 (E92)” üçün eksklüziv staylinq-paket axtaranlar üçün “Vorsteiner” şirkəti aerodinamik “GTRS3” asması təklif edir. Bunu yaratmaqla tünerlər yürüş bolidlərinə ilham verdilər.

Bodi-kit məhdud sayda buraxılıb və nadir dizayna malik disklər və digər dekorativ aksessuarlarla birgə sifariş edilə bilər. Təzad yaradan aksentləri olan parlaq ban şəkildə gördüyümüz avtomobilə fərdilik əlavə edir.

Qabaq bamperdə enli karbon önlük, qabaq və arxa qanadlardakı əlavələr, yan ətəklər, arxa bamperdə diffuzor və spoyleri olan baqaj qapağı sayəsində “BMW M3 Coupe” daha idmansayağı görünür.

Bavariya sportkarını arxa oxda 325 mm ölçüsü olan aşağıprofilli “Michelin Pilot Super Sports” şinləri keçirilmiş 20-düymlük “Flow Forged V-FF 101” diskləri üzərində oturdublar.

Qara tutqun təkərlər, qırmızı əyləc supportları, qabaqda tündləşdirilmiş fənərlər, arxa görünüş üçün yan güzgülərin qara rəngdə düzəlmiş korpusları, radiator barmaqlığı, qazburaxma sisteminin boruları, qabaqda və arxada “Vorsteiner” emblemləri tutqun göy rəngli bana təzad yaradır.

AUTO.AZ



teqlər:
BMW, BMW 3-Series, M3, Vorsteiner 07.06.2014

Şərhlər


AD