Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW yeni nəsil X6 təqdim etdi

İnternetə idman krossoveri “BMW X6”-nın ikinci nəslinin rəsmi şəkilləri sızıb. Şəkillərə əsasən xarici görünüşdə əsas dəyişiklik qabaq və arxa bamperlər, o cümlədən arxa fənərlərdir. Rəsmi təqdimatın bu yaxınlarda olacağı gözlənilir.

“BMW”-nin əvvəlki təqdimatlarına əsasən demək olar ki, internetə sızmış şəkillər istehsalçını bir neçə saatdan sonra yenilik barədə məlumat yaymağa vadar edib.

“BMW X6”-nın ikinci nəslinin cəmi bir neçə şəkli əldə edilib, lakin onlar deməyə əsas verir ki, avtomobildə elə də çox dəyişiklik edilməyib. Görünür şirkət obrazı dəyişilməz saxlamağa qərar verib. Əsas yenilik kimi qabaq bamperi göstərmək olar ki, o, bir qədər böyük olub.

Eyni iş arxa bamperdə də görülüb və o da bir qədər böyük olub. Bundan əlavə, arxa fənərlər sələfindən daha böyük alınıb. “Worldcarfans”-in verdiyi məlumata əsasən, yeni krossoverini mühərrik qamması “BMW X5”-dən götürüləcək.

Bu sırada 306 a.g. verən 3-litrlik “altılıq”, 450 a.g. verən 4,4-litrlik V8, o cümlədən 258 və 381 a.g. verən dizel mühərriklər peyda olacaq.

Daha güclü versiyaların da olacağı gözlənilir.

AUTO.AZ



teqlər:
BMW, BMW X6 07.06.2014

Şərhlər


AD