Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Pagani Zonda xüsusi versiya alacaq

İtalyan şirkəti “Pagani” sportkar “Zonda”-nın xüsusi versiyasını istehsal edəcək. “Prototype Zero”-dan bildirilir ki, yenilik 760 X indeksi alacaq.

Sportkar çinli kolleksiyaçı üçün cəmi bir ədəd buraxılacaq. Avtomobil qeyri-adi firuzə rəngində boyadılıb. Avtomobilin üzərində İtaliyanın üçrəngli bayrağı həkk olunub. Sportkarın interyeri karbon lifindən və alüminiumdan əlavələri olan mavi dəri ilə işlənib.

Yeni avtomobilin əsası “Zonda 760LM”-dir. Yeni sportkarın kapotu altında 7,3-litrlik atmosferli V12 mühərriki quraşdırılıb. Mühərrikin gücü 760 a.g.-dür və sekvental sürət qutusu ilə birgə işləyir. İlk yüzlüyə yenilik 2,7 saniyəyə sürətlənir.

Xatırladaq ki, 2013-cü ilin iyununda şirkət “Zonda Revolucion”  avtomobilini təqdim etmişdi və o, son xüsusi versiyalı superkar kimi elan olunmuşdu. Lakin italyan şirkəti avtomobilin eksklüziv versiyalarının buraxılmasına davam etməyə qərar verib. Onlar varlı kolleksiyaçılar üçün nəzərdə tutulub.

AUTO.AZ



teqlər:
Pagani, Pagani Zonda 06.06.2014

Şərhlər


AD