Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Manhart Racing tüninq-atelyesindən BMW M4

Məşhur tüninq-atelye “Manhart Racing” idman kupesi “BMW M4”-ün satışdansonra tənzimlənməsi barədə məlumat verib. Bu layihə üzərində iş başa çatmaqdadır. Alman tünerlər sayəsində bu yeniliyin sahibləri öz avtomobillərinin xarici görünüşünə eksklüzivlik qata bilərlər və idarəetməni yaxşılaşdıra bilərlər. Bavariya sportkarının mühərriki də gücləndiriləcək ki, bu da avtomobilin dinamikasına müxbət təsir edəcək.

MH4 550 tüninq-paketi hər şeydən əvvəl 3,0-litrlik 6-silindrli tvin-turbo mühərrikinin gücünü 430-dan 550 a.g.-ə qədər qaldırmağa imkan verəcək. Avtomobilin artmış gücünün öhdəsindən gəlmək üçün əyləclər daha da gücləndiriləcək, asma daha möhkəm olacaq və yeni təkərlər yüksəkməhsuldarlı rezinlər alacaq.

Gördüyümüz şəkillər, həmçinin qabaq bamperin önlüyünün, yan ətəklərin, arxa bamperdə 3-qabırğalı diffuzorun və baqaj qapağının üzərində spoylerin olduğu karbondan aerodinamik asılqandan xəbər verir. Əgər bunlara karbon lifindən kapot, “Manhart Racing” emblemi və yan tərəflərdə modelin adını əlavə etsək MH4 550 paketinin tam yenilənmiş siyahısını ala bilərik.

AUTO.AZ



teqlər:
BMW, BMW 4-series, M4, Manhart Racing 06.06.2014

Şərhlər


AD