Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ferrari 458 Italia turbo mühərrik alacaq

Yenilənmiş İtaliyanı ya “458 Italia T”, ya da “458 Italia M” adlandıracaqlar. Daxili hissə ilə yanaşı, xaridi görünüş də bir qədər dəyişilməlidir. 2015-ci ildə kupe “Ferrari 458 Italia”-nı restaylinq gösləyir.

Bəzi məlumatlara görə, modeldə ən vacib dəyişiklik yeni V8 3.8 turbo mühərrikdir. Bu, hazırda kabriolet “California T”-də olan mühərrikdir, lakin bir qədər yenilənib və 680 a.g.-ə qədər gücləndirilib. Xatırladaq ki, indiki 458-də olan baza mühərriki səsli, 570 a.g. verən 4,5-litrlik V8-dir.

“Biturbo səkkizlik” Ferrari 458 üçün alternativsiz olsaydı yaxşı alınmazdı. İtalyanlar bu yaxınlarda rekord həddə gücləndirilmiş “458 Speciale” versiyasını da təqdim etmişdilər. Buna görə də yeni modifikasiya və “Speciale” variantı paralel olaraq buraxılacaq, atmosferli baza mühərriki isə “istirahət”ə göndəriləcək.

AUTO.AZ



teqlər:
Ferrari, Ferrari 458 Italia 04.06.2014

Şərhlər


AD