Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ekspertlər Hyundai Sonata və VW Jetta-nın təhlükəsizliyini yoxlayırlar

Beynəlxalq Amerika yol təhlükəsizliyi Administrasiyası 2011 model Hyundai Sonata-ların sükan idarəetməsinin işləməməsi səbəbindən yaranan hadisələri araşdırmağa başlayıb. İdarəçi orqanın verdiyi məlumata əsasən, düyünlərdən birinin əvvəlcə qırıldığını sonradan avtomobilin sükan idarəetməsinin tamamilə itdiyinə dair administrasiyaya şikayətlər daxil olub. Hadisələr, yürüşü 1000 km-dən çox olmayan yeni avtomobillərdə baş verib. NHTSA bildirir ki, hələlik çağırışdan söhbət getmir, amma, 16 000 Hyundai Sonata-nın yoxlanılmasından sonra ola bilsin ki, çağırış olsun.

Eyni zamanda, 2009 model dizel mühərrikli Volkswagen Jetta-larda da yoxlanışa başlanıldığı məlum oldu. Büro, bu avtomobilin mühərriklərinin ani olaraq söndüyü haqda 7 şikayət qəbul edib. Bu halda da çağırış hələ ki, elan edilməyib.

Mənbə: autonews.ru

Tərcümə: AUTO.AZ



Şərhlər


AD