Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Wheelsandmore-dan Lamborghini Huracan

Superkar “Lamborghini Huracan”-ın buraxılışına ən tez reaksiya verən məhz alman tüninq-atelyesi “Wheelsandmore” oldu. O, flaqman modeli “Aventador”-un kiçik “qardaşı” üçün yeni tamamlama paketi təqdim etdi. Hazırda tünerlər öz müştərilərinə eksklüziv təkər diskləri, yenilənmiş eksteryer və güc aqreqatının təkmilləşdirilməsi üzrə üçmərhələli proqram təklif etməyə hazırdırlar.

Qeyd edək ki, tənzimləmənin 3-cü mərhələsi mühərrikin gücünü 850 a.g.-ə qədər artırmağa imkan verir və bu, “Aventador”-dan güclüdür. “Lucifero” layihəsi ikirəngli 6 cüt mili olan “F.I.W.E” diskləri alıb. Eni 9,5-düym olan qabaq 20-düymlük disklər 245/30, eni 11,5-düym olan arxa 21-düymlük disklər isə 305/25 ölçülü şinlərə “bürünüb”. Eksteryerin fərdiləşdirilməsi üçün tüner idman kupesinin banını üzərində simvolu olan xətt ilə bəzəməyi təklif edir.

Hazırda “Wheelsandmore” mütəxəssisləri superkarın hidravlik asılqanını tamamlamaq üzərində işləyirlər. “Lamborghini Huracan”-ın baza modeli “610-4” –də 610 a.g. və 560 Nm fırlanma anı verən 5,2-litrlik atmosferli V10 mühərrikinə daha 30 a.g. və 40 Nm əlavə edilib. Bu, paslanmayan qazburaxma sistemi, yeni hava filtri və elektron idarəetmənin yenidən proqramlaşdırılması sayəsində mümkün olub.

Avtomobil ikinci mərhələdə mexaniki kompressor, gücləndirilmiş mufta və differensial bloklaması ilə təchiz edilir və mühərrikin gücü 777 a.g. və 700 Nm olur. Üçüncü mərhələyə gəldikdə demək olar ki, ondan sonra mühərrik 850 a.g. və 730 Nm verə bilir. Tamötürücülü avtomobilin dinamikası barədə isə məlumat verilmir. Baza avtomobili ilk yüzlüyə 3,2 saniyəyə sürətlənir, maksimal sürət isə 325 km/saatdır. “Wheelsandmore” şirkəti möhtəşəm italyan superkarının tamamlanmadan sonrakı qiyməti barədə də hələlik məlumat vermir.

AUTO.AZ



Şərhlər


AD