Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Volkswagen 380-güclü Golf GTI yaratdı

“Volkswagen” şirkəti Avstriyanın Rayfnits şəhəri yaxınlığında açılmış “Wörthersee” festivalına “Golf GTI”-ın 380-güclü hetçbek variantını gətirdi. “Wolfsburg Edition” adı almış yenilik markanın Volfsburq zavodunun 18-23 yaşlı stajorları tərəfindən hazırlanıb və düzəldilib.

Hot-hetç 12 nəfərdən ibarət qrup tərəfindən 9 ay ərzində yığılıb. Baza kimi isə “Performance” sport-paketi olan avtomobil götürülüb. Bu paket mühərrikin gücünü artırır, qabaq oxa elektron idarəetməsi olan çoxdiskli mufta və daha güclü əyləclər əlavə edir.

Yenilikdə seriyalı model “Golf GTI”-dən 2-litrlik benzinlə işləyən turbodördlük qalıb. Lakin yanacaq buraxma sistemi xüsusi klapanları olan sistemlə əvəz edilib ki, onlar salondan səsi tənzimləməyə imkan verir. Yüklənmiş hetçbekə, həmçinin stajorlar tərəfindən hazırlanmış yeni spoylerlər və üzərində Volfsburqun gerbi olan təkər diskləri quraşdırılıb.

Bundan əlavə, salonda “Recaro” oturacaqları, üzərində Volfsburq şəhərinin simvolları olan qapı panelləri, yenidən işlənmiş mərkəzi konsol, iPhone üçün dokstansiya, 2170-vatlıq 11 dinamiki olan audiosistem də peyda olub. Baqajda sabvufer, 24-düymlük LCD televizor və “PlayStation” konsolu quraşdırılıb.

Ötən il “Wörthersee” festivalında 503-güclü, V6 tvin-turbo mühərriki, tam ötürücü və ikili muftası olan robotlaşdırılmış DSG sürət qutusu ilə təchiz edilmiş “Golf GTI” modifikasiyası debüt etmişdir. Bu avtomobil ilk yüzlüyü 3,9 saniyəyə yığır, maksimal sürət isə 300 km/saatdır.

AUTO.AZ



teqlər:
Volkswagen, Volkswagen Golf 02.06.2014

Şərhlər


AD