Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

PUR Wheels-dən Lamborghini Aventador Roadster

Eksklüziv təkər disklərinin istehsalı ilə məşğul olan, yenicə seriyalı avtomobillərin tüninqinə keçən “PUR Wheels” şirkəti möhtəşəm “Lamborghini Aventador Roadster” superkarını təqdim etdi.

İtalyan rodsteri yüngül ban asılqanı alıb ki, ona fərdi eksteryer və böyük ölçülü dəbli disklər daxildir. Avtomobilin nadir üslubunu ikirəngli ban rəngi təşkil edib.

Üstüaçılan superkar qabaq bamperdə yeni splitter, bir cüt yan ətək, arxa bamperdə böyük diffuzor, sonda palçıqqoruyucu və “Lamborghini Murcielago SV”-ni xatırladan spoyler alıb. Bütün elementlərin karbon lifindən hazırlanmasına baxmayaraq, bu, avtomobilin çəkisinə demək olar ki, təsir etməyib.

“Lamborghini Aventador”-u müxtəlif ölçülü, müxtəlif enli qabaq oxda 20x9, arxa oxda isə 21x21,5-düym ölçüləri olan “PUR RS05” diskləri ilə təchiz ediblər. Boz disklərə qabaqda 255/30, arxada isə 355/25 ölçülərində “Pirelli PZero Nero” şinləri “geyindiriblər”.

Ağ bana təzad yaratmaq üçün damı qara rəngə boyayıblar, avtomobilin kapotuna isə qara xətlər çəkiblər.

AUTO.AZ



Şərhlər


AD