Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

ByDesign Motorsports-dan Ferrari 458 Italia

Səudiyyə Ərəbistanının tüninq şirkəti “ByDesign Motorsports” superkar “Ferrari 458 Italia”nın dizaynını sahibinin istəyi ilə bir qədər yeniləyib. Kosmetik yeniliklərlə yanaşı, bəzi texniki işlər və eksteryerdə dəyişikliklər də edilib.

Avtomobil xüsusi olaraq banın müxtəlif hissələrində olan İtaliya bayrağı və “ADV.1 Wheels” şirkətinin istehsalı olan yeni disklərlə daha eksklüziv olur.

Ağ ban ilə daha yaxşı təzad yaratmaq üçün idman kupesinin damı və sütunları qara rəngə boyanıb. Bundan əlavə, qabaq baperdəki havaçıxıntıları, yan ətəklər, arxa bamperdə diffuzor və arxa görünüş güzgülərinin müəyyən hissələri də qara rəngdədir.

Klirens aşağıprofilli “Pirelli PZero Nero” şinləri və qara 10-milli disklərlə daha da azalıb. Daha sonra əyləc sisteminin supportları qırmızı rəngə boyandı, kapota, dama və mühərrik hissəsinin qapağına isə İtaliyanın üçrəngli bayrağının şəkli yapışdırıldı.

Sonda “ByDesign Motorsports” atelyesi titan boruları olan yeni qazburaxma sistemi quraşdırıb ki, o da 4,5-litrlik 570-güclü 8-silindrli mühərrikin səsini daha da yaxşılaşdırıb.

AUTO.AZ



Şərhlər


AD