Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Skoda Yeti-nin ekstremal versiyasını təqdim etdi

“Skoda” krossover “Yeti”nin ekstremal versiyasını təqdim etməyə hazırlaşır. Bu barədə Worldcarfans məlumat verib. Avtomobilin təqdimatı Avstriyanın Verterzee gölü ərazisində keçiriləcək festivalda olacaq. Gələn həftə keçiriləcək tədbirin təşkilatçısı “Volkswagen Group”-dur.

“Yeti Xtreme” adı almış yenilik aqressiv asmaya, böyük havaçıxıntılarına, 17-düymlük disklərə, o cümlədən dartmaq üçün tutacağı olan yeni qabaq bamperə malikdir. Krossoverin damı parlaq sarı rəngdə boyanıb, salonunda 4 ədəd “Recaro” idman oturacaqları quraşdırılıb.

Avtomobilin kapotu altında çexiyalı mühəndislər 150 a.g. olan 1,8-litrlik mühərrik yerləşdiriblər. Mühərrik 6-diapozonlu iki muftası olan “robot” sürət qutusu ilə birgə işləyir. “Yeti Xtreme”-in maksimal sürəti 190 km/satdır. İlik yüzlüyə krossover 9 saniyəyə sürətlənir. Yenilik, həmçinin “Octavia RS” əyləcləri ilə təchiz ediləcək.

AUTO.AZ



teqlər:
Skoda, Skoda Yeti 29.05.2014

Şərhlər


AD