Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Volkswagen yeni Passat-ın sirrini bir qədər açdı

“Volkswagen” şirkəti B8 indeksi almış “Passat” modelinin gələcək nəslinin ilk rəsmi şəkillərini yayıb. Sedan və universalın debütü oktyabr ayında Parisdəki motorşouda keçiriləcək, noyabrda isə avtomobil avropalı dilerlərə çatdırılacaq.

Yenilik MQB modul platformasında yığılıb, bu da modelin çəkisini sələfindən 85 kq yüngül edib (1,3 ton). Qabarit uzunluğu demək olar ki, əvvəlki kimi 4,7 metr qalıb, hündürlüyü isə 14 mm azalaraq 1456 mm təşkil edəcək.

Bundan əlavə, “Passat”ın salonu daha geniş olacaq (arxa oturacaq sərnişinlərinin ayaqları üçün yer 33 mm artıb), baqajın həcmi isə, məsələn universalda 47 litr artacaq (qaldırılmış arxa oturacaqlarda isə 650 litrə qədər).

Dizel mühərriklər qammasına 1,6- və 2,0-litrlik və 120-dən 240-a qədər a.g. olan aqreqatlar daxildir. Ən güclü mühərrikin fırlanma anı 500 Nm-dir, 100 km məsafəyə isə orta hesabla 5,3 litr yanacaq sərf edilir.

Benzin mühərriklər sırasına 1,4, 1,8 və 2,0-litrlik aqreqatlar daxildir və onlar 125-dən 280-a qədər a.g. verir. Adi məişət elektrik şəbəkəsindən doldurula bilən hibrid mühərrik də planlaşdırılır. Əvvəlki kimi yenə də “Passat” həm qabaq, həm də arxa ötürücülü olacaq.

Yenilik tamamilə elektron cihazlar paneli ilə təchiz ediləcək və ona 12,3-düymlük 1440x540 piksellik ekran daxildir. “Passat” üçün, həmçinin proyeksialı displey, massaj edən oturacaqlar və arxa oturacaq sərnişinləri üçün əyləncə sistemi sifariş etmək olar. Avropada yeni “Passat”-ın qiyməti 26 min avrodan başlayacaq.

AUTO.AZ



teqlər:
Volkswagen, Volkswagen Passat 29.05.2014

Şərhlər


AD