Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi restaylinq olunmuş A7 Sportback təqdim etdi

Böyük lüks hetçbeki “Audi A7 Sportback” ikinci nəslin buraxılışına qədər satışını yüksək həddə saxlamaq üçün tarixində ilk ciddi restaylinq ilə üzləşib. Ən çox nəzərəçarpan yenilik matrisalı diodlu fənərlər və güc qurğularının təkmilləşdirilməsidir.

Avtomobil daha həm daxildən, həm də xaricdən daha möhtəşəm görünür, onun komplektasiyası isə yeni opsiyalarla tamamlanır. 2015-ci model ilinin “Audi A7 Sportback”-nin dünya debütü yay mövsümündə Moskva avtosalonunda olacaq və dərhal satışa çıxarılacaq.

Yenilənmiş modeli fərqli bamperlər, dəyişilmiş radiator barmaqlığı, qazburaxma sisteminin trapesiya formalı boruları, dəyişilmiş qabaq və arxa fənərlərlə fərqləndirmək olar.

Avtomobil bazadan artıq diodlu qabaq fənərlərlə gəlir və əlavə pul ödəməklə onları matrisalılarla əvəz etmək olar. Matrisalı işıq sistemi piyadalara avtomobilin gəlməsindən xəbər verəcək, döngələri və yol nişanlarını işıqlandıracaq. Banın yeni rəngləri və eksklüziv təkərlər xarici yenilikləri tamamlayacaqlar.

Premial hetçbekin interyerində ciddi dəyişiklik edilməyib, əvəzində isə yeni dekorativ əlavələr (alüminium və ağac) və yüksək keyfiyyətli “Valcano” dərisi peyda olub. Beş rəng variantlı oturacaqlar hər bir müştəriyə salonu istədiyi kimi seçməyə imkan verəcək.

Baza komplektasiyasında “Audi A7”-ni “Nvidia” qrafik çipi və LTE şəbəkəsi ilə internetə çıxış imkanı olan təkmilləşdirilmiş “MMI Navigation” multimedia sistemi ilə təchiz ediblər.

Opsional olaraq gecə görünüşü sistemi, “Bang & Olufsen” akustikası, pnevmatik və ya idman asılqanı, adaptive kruiz-kontrol, 5-ci qapının elektrik mexanizmi, qabaq oturacaqlarda ventilyasiya və massaj, hərəkət cizgisinə nəzarət və qarşı toqquşma xəbərdarlığı sistemləri əldə etmək olar.

Restaylinq olunmuş hetçbek 272 və ya 218 a.g. olan 3,0-litrlik “Clean Diesel” dizel və 320 a.g. olan 3,0-litrlik biturbo BiTDI dizel mühərrikləri ilə təchiz edilir. Təkmilləşdirilmiş robot S tronic sürət qutusu ilə təchiz edilmiş ən zəif versiya 100 km məsafəyə 4,7 litr yanacaq sərf edir.

Opsiya kimi tam ötürücü sistem və arxa differensial təklif edilir. Avropada yeni model “Audi A7 Sportback” minimum 51300 avroya satılacaq.

AUTO.AZ



teqlər:
Audi, Audi A7 23.05.2014

Şərhlər


AD